Türkiyədə tikilməkdə olan “Akkuyu” AES rəsmi olaraq nüvə enerjisi obyekti statusunu alıb.
Senzor.az xəbər verir ki, "Rosatom" tərəfindən nüvə yanacağı üçün sertifikat Türkiyənin Energetika Nazirliyinə təhvil verilib.
Bundan sonra “Akkuyu”da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bayrağı qaldırılıb.
Rəsmi mərasimdə videobağlantı şəklində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin də iştirak ediblər.