"Bu mübarizədə Ukraynanın yanında dayanacağıq".
Bunu Ukraynaya səfər edən Çex Respublikasının Prezidenti Petr Pavel "Twitter" hesabında bildirib.
"Slovakiya Prezidenti Zuzana Çaputova ilə biz həm azadlığın, həm də ədalətin dəyərini anlayırıq. Ukraynalıların bunun üçün ən ağır bədəli ödədiklərini görmək ağırdır. Ukrayna bunu vətəndaşlarının qanı və canı bahasına edir. Təcavüzkarla mübarizədə ortaq dəyərlərimizi qoruyur. Ona görə də biz bu ölkənin yanında olacağıq", - Prezident Pavel bildirib.
Çex Respublikası və Slovakiya prezidentləri bu gün Ukraynaya səfər çərçivəsində Kiyev vilayətinin Borodyanka rayonuna baş çəkiblər.(APA)
**11:28
Çexiya və Slovakiya prezidentləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Məlumata görə, Çexiya Prezidenti Pyotr Pavel və Slovakiya dövlət başçısı Zuzana Çaputova Ukrayna lideri Zelenski ilə danışıqlar aparacaq.
Bundan başqa, onlar Baş nazir Şmıqalla görüşəcək və Rusiya ordusunun Kiyevə nəzarəti ələ keçirmək cəhdi zamanı paytaxtın ciddi dağıntılara məruz qalmış yerlərinə baş çəkəcəklər.
Prezidentlərin Krım tatarlarının nümayəndələri Mustafa Cəmilov və Refat Çubarovla da görüş nəzərdə tutulub.