Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində deyib.
Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:
“Eyni zamanda, işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.
Zelenski müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyi barədə xəbərdarlıq edib:
“Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.(APA)