ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Senzor.az bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, söhbət zamanı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı fikir mübadiləsi aparılıb, regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığı vurğulanıb.
Tərəflərin digər humanitar məsələləri müzakirə etdikləri də bildirilir.