İranda Sistan və Bəlucistan vilayətinin Səravan şəhəri kəşfiyyat polisinin rəisi mayor Əlirza Şahraki naməlum şəxslər tərəfindən öldürülüb.
ISNA-nın məlumatına görə, səhər saatlarında baş verən hadisədə rəisin yanında onun həyat yoldaşı da olub. Qadının yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.