İranın Mazandaran ostanının Babolser şəhərində İran Xalq Mücahidləri Təşkilatı (OMİN) ilə əlaqəli solçu “Mahal Gənclər Qrupu”nun (Şəbəkə-ye Cavanan-e Mahallat) liderləri saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Mustafa Bəzvənd məlumat verib.
“Babolserin xüsusi qüvvələrinin səyləri ilə şəhərdə OMİN qrupu ilə əlaqəli bir casus şəbəkəsi aşkar edilib", - Bəzvənd vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ilin payız-qış aylarında iğtişaşlar başlayandan bəri qrup hökumət əleyhinə təbliğat aparırmış.