Fransada pensiya islahatlarına qarşı 1 May nümayişi zamanı baş verən iğtişaşlarda azı 540 nəfər saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Gerald Darmanin yerli BFM TV kanalının efirində bildirib.
Nazirin sözlərinə görə, ümumilikdə 406 polis və jandarm yaralanıb ki, onlardan 259-u Parisdəki iğtişaşlar zamanı xəsarət alıb.
Qeyd olunub ki, 540 nəfərdən 300-dən çoxu paytaxt Parisdə saxlanılıb.
“Nümayişçilər arasında yaralananların sayı 60 nəfəri ötüb”, - Darmanin əlavə edib.
Parisdə polislə radikal nümayişçilər arasında qarşıdurma altı saatdan çox davam edib.
Həmçinin əlavə olunub ki, Fransada pensiya islahatına qarşı Əmək Günü münasibətilə təşkil olunan etirazlarında təxminən 800 000 adam iştirak edib, onların 100 000 nəfərdən çox hissəsi Paris küçələrinə çıxıb.