Dəniz quldurları Qabonun akvatoriyasında lövbər salmış gəmidən üç dənizçini qaçırıblar.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qaçırma mayın 2-nə keçən gecə baş verib, qaçırılanlardan ikisi Gürcüstan vətəndaşıdır. Məlumatda gəminin adı və hansı bayraq altında üzdüyü göstərilmir.
Gürcüstanın müvafiq qurumları dənizçilərin azad olunması istiqamətində fəal iş aparırlar.