İran Hörmüz boğazında neft tankerini ələ keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Hörmüz boğazında İran tərəfindən neft tankerinin ələ keçirilməsi ilə bağlı bəyanat yayıb.


APA xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 06:20-də Panama bayrağı ilə üzən “Niovi” neft tankerinin Hörmüz boğazından keçərkən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyi bildirilib.


Bəyanatda qeyd olub ki, İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur: “İranın gəmilər üçün yaratdığı narahatlıqlar və regional sulardan istifadə hüququna müdaxilə etməsi dənizçiliyin təhlükəsizliyinə və qlobal iqtisadiyyata təhdiddir”.


Xatırladaq ki, ötən həftə Marşal Adaları bayrağı ilə Oman körfəzində beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İran İslam İnqilabı Keşikçiləri Korpusu donanması tərəfindən saxlanılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.