Moskvanın Şeremetyevo hava limanında eniş zamanı naməlum dron “Aeroflot Airbus A320” təyyarəsinə hücum etməyə cəhd edib.
Mash telegram kanalı xəbər verir ki, təyyarəyə təhlükəli şəkildə yaxınlaşan kopteri Samara-Moskva reysinin sərnişinlərindən biri görüb. Onun sözlərinə görə, pilotsuz uçuş aparatı təyyarənin bortunu hədəf alıb və toxunmağa az qalmış qəflətən istiqamətini dəyişərək aerodrom yaxınlığındakı meşə zolağına doğru uçub.
Sərnişin enişdən sonra məlumatları Şeremetyevo aeroportunun təhlükəsizlik xidmətinə bildirib.
Faktla bağlı yoxlama başlayıb.