Rusiya donanması Şimal dənizində fəallaşıb: NORVEÇ NARAHATDIR
FOTO

Norveç hərbçiləri Şimal dənizinin beynəlxalq sularında bir neçə Rusiya gəmisi aşkarlayıblar.

 

Oxu.az bildirir ki, ümumiyyətlə son iki ayda Rusiya donanmasının bu regionda fəallığı artıb.

 

Hərbçilərin verdiyi məlumata görə, Rusiya Federasiyasının yeni hərbi gəmilərinin peyda olması 9 May Qələbə Günü ilə əlaqələndirilir. Lakin budəfəki aktivlik əvvəlki illərlə müqayisədə daha çox nəzərə çarpır.

 

Norveç bununla bağlı müşahidələrini davam etdirir. Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri hazırda beynəlxalq sulardadır. Bu, tamamilə qanuni olsa da, Norveçdə bu fakta diqqət yetirilməsinin zəruriliyi vurğulanıb.

 

ABŞ Hərbi Dəniz İnstitutunun “HI Sutton” ləqəbli analitiki, həmçinin Şimal dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 5 gəminin peyda olduğunu nəzərə çatdırıb. O hesab edir ki, gəmilər Rusiya limanlarından təlimlər üçün Baltik dənizinə çıxıblar.

 

Qeyd olunur ki, Norveç nümayəndələri ilk dəfə deyil Rusiya donanmasının fəallığına diqqət yetirirlər. Fevral ayında ölkə kəşfiyyatı bildirib ki, Rusiya Federasiyası 30 ildə ilk dəfə olaraq Baltik dənizində taktiki nüvə silahı olan gəmilər yerləşdirməyə başlayıb. Skandinaviya ölkələrinin birgə araşdırmasında göstərilib ki, Rusiyanın hərbi və digər məqsədli gəmiləri Baltik və Şimal dənizlərində məlumat toplayırlar və bu məlumatlardan külək stansiyaları, qaz kəmərlərində təxribat törətmək, rabitə kabellərini zədələmək üçün istifadə edə bilərlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.