Türkiyənin Hatay əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Kırıkhan rayonunda, ocağı isə 7,88 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.