ABŞ-ın maliyyə naziri: “Ölkədə iqtisadi xaos yaşana bilər”

Co Bayden administrasiyası və parlament milli borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsələr, ölkə maliyyə və iqtisadi xaos riski ilə üzləşəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

 

Onun sözlərinə görə, ABŞ hakimiyyəti defoltdan qaçmaq üçün artıq fövqəladə tədbirlər görüb, lakin gələcəkdə dövlət borcunun tavanını artırmaq lazım gələcək.

 

O qeyd edib ki, borc tavanı ilə bağlı müsbət qərarın olmaması maliyyə və iqtisadi xaosa səbəb olacaq.

 

Xatırladaq ki, ABŞ Konqresinin üzvləri bu yaxınlarda ölkəyə dövlət borcu üzrə ödənişləri vaxtında həyata keçirməyə imkan verəcək borc tavanı ilə bağlı ümumi mövqe hazırlamağa çalışsalar da, danışıqlar dalana dirənib. Mayın 9-da Prezident Co Bayden Konqresin məsələ ilə bağlı hər iki palatasının Demokrat və Respublikaçı liderləri ilə görüşəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.