Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilib
YENİLƏNİB

Pakistanın sabiq Baş naziri İmran Xan İslamabadda, ali məhkəmə binasının qarşısında həbs edilib.


BBC xəbər verir ki, barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün binaya gələn İmran Xan silahlı polislər tərəfindən saxlanılıb. Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.


Lahordan yayılan görüntülərdə izdihamın hərbi korpus komandirinin evinə daxil olaraq əşyaları zədələdiyi əks olunub. Liman şəhəri olan Kəraçidə isə nümayişçilər əsas avtomobil yolunu bağlayıblar. Polis etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.


Pəncab polisinin baş müfəttişinin bəyanatında bildirilib ki, İmran Xan korrupsiya əməllərində ittiham edildiyi üçün həbs edilib. İş üzrə irəli sürülən ittihamların İmran Xan və həyat yoldaşına məxsus AL-Qadir Universiteti Trastına torpaq sahəsinin ayrılması ilə əlaqəli olduğu bildirilir.


Sabiq Baş nazirin saxlanılma yeri açıqlanmayıb.


70 yaşlı İmran Xan ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu, heç bir qanunu pozmadığını bəyan edib.


Qeyd edək ki, 2022-ci ilin aprelində ölkə parlamentində keçirilən etimadsızlıq səsverməsindən sonra hakimiyyətdən göndərilmiş İmran Xana qarşı onlarla ittiham irəli sürülüb. Təhlükəsizlik qüvvələri daha əvvəl onu Lahordakı iqamətgahında bir neçə dəfə saxlamağa cəhd göstərsələr də tərəfdarları buna mane olublar. Məlumata görə, polis bu gün İslamabada gedən yolları bağladığından məhkəmə binası ətrafında onun tərəfdarlarının sayı az olub və nəticədə polis onu asanlıqla həbs edib.


Qeyd edək ki, İmran xan hakimiyyətdən göndərilməsindən sonra ölkədə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı kampaniya aparır.

**14:00

Pakistanın keçmiş baş naziri İmran Xan həbs edilib.


Bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.


Məlumata görə, o, terrorda ittiham olunur. Həmçinin onun 17 köməkçisi və bir neçə tərəfdarına qarşı da ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.