"Taxıl dəhlizi" yenidən işə salınıb

"Taxıl müqaviləsi" çərçivəsində gəmilərin yoxlanılması bərpa edilib. 


Bu barədə “TRT Haber” telekanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.


“Milli Müdafiə Nazirliyindəki mənbələr Türkiyənin təşəbbüsləri nəticəsində yoxlamaların bərpa olunduğunu və “taxıl dəhlizi”nin yenidən işə salındığını bildiriblər”, - deyə məlumatda bildirilir.


Bundan əvvəl BMT may ayında “Qara Dəniz Təşəbbüsü”ndə iştirak edən gəmilərin yoxlanışlarının sayının gündə orta hesabla 2,9-a qədər azaldığını bildirmişdi (apreldə bu rəqəm gündə orta hesabla 4 yoxlama idi). Xüsusilə, mayın 7-8-də axtarışlar ümumiyyətlə aparılmayıb.


Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.