Bayden ABŞ-da mümkün defolt haqda danışdı
“ÖLKƏ İQTİSADİYYATI ÜÇÜN DAĞIDICI OLAR”

Milli borc tavanının artırılması ilə bağlı danışıqlar uğursuz olarsa, potensial defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

 

Ağ Ev rəhbəri, həmçinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının lideri Kevin Makkartinin bununla bağlı narahatçılığını anladığına əminliyini ifadə edib.

 

Prezident defoltun qarşısını almaq üçün milli borc tavanının qısa müddətə artırılmasının mümkünlüyünü istisna etməyib.

 

Eyni zamanda, Bayden bildirib ki, potensial defoltla bağlı vəziyyətə baxmayaraq, o, hələ də mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir.

 

Bundan əvvəl ABŞ Senatının Respublikaçılar Partiyasından olan 43 nəfərlik qrup üzvü Vaşinqton administrasiyasını dövlət xərclərini azaltmasa, borc tavanının artırılması ilə bağlı razılığa gəlməyəcəklərini bildirmişdi.

 

Onların fikrincə, iqtisadiyyat dayanıqlı olmayan fiskal siyasət səbəbindən hazırda “sərbəst enişdədir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.