"NATO Asiya ölkələrini Alyansa qəbul etməyəcək"
BAŞ KATİBDƏN İLGİNC AÇIQLAMALAR

Şimali Atlantika Alyansı (NATO) Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək.

 

NATO-nun Baş katibi Yens Stoltenberq bunu “The Washington Post” qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq və qloballaşmayacaq.

 

“Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, - deyə Baş katib bildirib.

 

Çinlə müttəfiqlik münaqişəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, Tayvanda və onun ətrafında böhran “ciddi nəticələrə” səbəb olacaq.

 

NATO-nun Baş katibi bildirib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməz.

 

Stoltenberq həmçinin bildirib ki, Alyansda iştirak edən bütün ölkələr Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyib. Baş katibin sözlərinə görə, əsas məsələ vaxtdır, hələlik üzvlüyün nə vaxt baş tutacağını deyə bilməz. 

 

Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv dövlətlər Ukraynaya “blokun qüvvələri ilə qarşılıqlı fəaliyyət”in təmin edilməsində, müdafiə və təhlükəsizlik institutlarında islahatların aparılmasında və təkmilləşdirilməsində kömək edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.