Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb.
TASS xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.
**14:16
Rusiya Gürcüstanla viza rejimini ləğv edib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.
Eyni zamanda, Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağası da ləğv olunub.