Qəzza zolağından İsrail ərazisinə bir sutka ərzində 400-dən çox raket atılıb.
TASS bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.
“Bu raketlərin əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb”, - yəhudi dövlətinin müdafiə naziri bildirib.
O, bir neçə yaşayış binasına zərər dəydiyini əlavə edib.
Y.Qallant hərbi əməliyyatın tezliklə başa çatacağına ümid etdiyini bildirib, lakin İsrail ordusunun hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.
“Report” xatrladır ki, İsrail ordusu mayın 9-na keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb.
İsrail tərəfinin məlumatına əsasən, zərbələr qırıcı təyyarələr və helikopterlərdən istifadə olunmaqla endirilib, bombalanan hədəflər arasında isə Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt də olub.