“Eurovision 2023” musiqi müsabiqəsinin təşkilatçısı olan Avropa Yayımçılar İttifaqı Ukrayna prezidenti Vladimir Zelenskini videomüraciətlə finalda çıxış etmək imkanından məhrum edib.
Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
“Eurovision beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsiplərlə idarə olunur. Müsabiqənin təməl daşlarından biri onun qeyri-siyasi xarakter daşımasıdır”, - deyə birliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu prinsip müsabiqə çərçivəsində siyasi və ya oxşar bəyanatların verilməsini istisna edir.