Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Britaniyaya səfər edəcək.
Senzor.az bildirir ki, o bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcək.
“Yerdə və göydə imkanlarımızı genişləndirməkdə Böyük Britaniya liderlik edir. Bu gün də bu əməkdaşlıq davam edəcək. Nümayəndə heyətləri ilə üzbəüz əsaslı danışıqlar aparacağıq”, - Ukrayna Prezidenti yazıb.
Qeyd edək ki, Zelenski bundan əvvəl Roma, Berlin və Parisdə olub.