Ukrayna SQ xidmət rəisi vətənə xəyanətdə ittiham olunub

Ukrayna Silahlı Qüvvələrinin 501-ci Əlahiddə Dəniz Piyadaları Batalyonunun arxa cəbhədə olan hərbi hissəsinin geyim xidmətinin rəisi vətənə xəyanətdə ittiham olunub.


Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DTB) mətbuat xidməti bu barədə məlumat yayıb.


DTB-dən bildirilib ki, müttəhim Rusiya hərbçiləri ilə əlbir olub və Mariupol şəhərindəki Ukrayna hərbçilərindən ibarət bölmənin çətin vəziyyətə düşməsindən istifadə edərək öz bölüyünün komandirini silahı yerə qoyaraq təslim olmağa razı salıb. Nəticədə batalyonun 277 əsgəri ruslar tərəfindən əsir götürülüb.


Həmçinin o da əlavə edilib ki, batalyonun hərbçilərinə yerdəyişmə barədə saxta əmr verilib və nəticədə onlar faktiki olaraq qondarma “Donetsk Xalq Respublikası”nın ərazisinə aparılıblar. Buna görə də DTB həmin hərbçilərə qarşı fərarilik maddəsi ilə açılmış işinə xitam verib.


Xatırladaq ki, Mariupol ötən ilin aprelində Rusiya ordusunun nəzarətinə keçib, Ukrayna SQ hərbçilərinin bir hissəsi isə “Azovstal” metallurgiya zavodunun sənaye zonasında mühasirəyə düşüb. Bunun ardınca 501-ci Əlahiddə Dəniz Piyadaları Batalyonunun könüllü təslim olması ilə bağlı xəbərlər yayıldı.


20 may tarixində isə Rusiya Müdafiə Nazirliyi mühasirədə qalan 2500-ə yaxın ukraynalı yaraqlının təslim olduğunu və şəhərin nəzarətə alınması üçün hərbi əməliyyatların başa çatdığını elan edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.