Çin-Mərkəzi Asiya ölkələri liderlərinin zirvə görüşü keçirilir

Bu gün Çinin Sian şəhərində Çin və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşü başlayır.

 

Çin lideri Si Cinpinin sədrlik edəcəyi görüşdə iştirak üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Tacikistan Prezidenti Emoməli Rəhmon artıq Çinə gəliblər. İki gün davam edəcək Sian görüşü Çin-Mərkəzi Asiya formatında dövlət başçılarının ilk zirvə görüşü olacaq.

 

Xatırladaq ki, ötən ay Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələri xarici siyasət idarələri rəhbərlərinin görüşü olub.

 

AZƏRTAC xatırladır ki, ötən il Çinin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 faiz artaraq 70 milyard ABŞ dolları təşkil edib. Çin hazırda Özbəkistanın, Qırğız Respublikasının və Türkmənistanın ən iri, Qazaxıstanın 2-ci, Tacikistanın isə 3-cü ən iri ticarət tərəfdaşıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.