Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələrinin müdafiə nazirlərinin görüşündə Qərbdən Ukraynaya qırıcı təyyarələrin çatdırılması məsələsi müzakirə olunacaq.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, Polşa və Slovakiya kimi bəzi ölkələr köhnə sovet istehsalı olan MiQ-29-lar olsa da, artıq döyüş təyyarələrini Kiyevə tədarük edib: "Müasir Qərb döyüş təyyarələrinin ehtiyac olub-olmaması ilə bağlı biz daim həm NATO, həm də Ukrayna ilə məsləhətləşirik".
O, həmçinin qeyd edib ki, silah tədarükü ilə yanaşı, onlara xidmət etmək də vacibdir: "Bura böyük miqdarda döyüş sursatı və ehtiyat hissələri, həmçinin gecə-gündüz texniki xidmət daxildir".