G7 ölkələri məhdudiyyətlərdən yayınmamaq üçün Rusiyaya sanksiya təzyiqini davam etdirəcək.
Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.
O, Almaniyanın bu məsələdə tərəfdaşları ilə ortaq dil tapa biləcəyinə ümid etdiyini bildirib: "Əsas odur ki, sanksiyalar rejimi daha da inkişaf etdirilsin ki, ondan yan keçmək mümkün olmasın".
Avropa İttifaqı G7-nin Xirosimada keçiriləcək sammitində Rusiyadan gələn brilyantlara qarşı sanksiyaları müzakirə etməyə hazırlaşır.
Qeyd edək ki, İrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən “Qazprombank”ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-Rusiya sanksiyalarını gücləndirməyi təklif edib.