Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına gedəcək.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün brifinq zamanı bildirib.
XİN sözçüsü Li Xueyin Ukrayna münaqişəsini müzakirə etmək üçün mənzil-qərargahda görüş keçirəcəyini bildirib.
Venbin çıxışı zamanı onu da vurğulayıb ki, Çin sülh danışıqlarını təşviq etməyə və Ukrayna böhranının siyasi həllinə töhfə verməyə davam etməyə hazırdır.(APA)