Rusiya XİN Moldovaya səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib

Son zamanlar Moldova hakimiyyətinin Moldova Respublikasına səfər edən Rusiya vətəndaşlarına qarşı diskriminasiyalı münasibəti halları daha tez-tez baş verir.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan xəbərdarlıqda bildirilib.


Qeyd olunub ki, Kişinyov hava limanında, Rusiya pasportlarının sahibləri tez-tez alçaldıcı əlavə yoxlama proseduruna məruz qalırlar.


“10 saata qədər davam edən yorucu yoxlamalar zamanı onlar və uşaqları su, yemək və ətraf aləm ilə ünsiyyət də daxil olmaqla, əsas yaşayış şəraiti ilə təmin edilmir. Bundan sonra vətəndaşlar çox vaxt saxta bəhanələrlə ölkəyə buraxılmır. Moldova hakimiyyəti beləliklə hər gün 10-dan 50-dək Rusiya vətəndaşının ölkəyə girişini qadağan edir.


Belə yoxlamalar zamanı Moldova sərhəd polisi əməkdaşları, eləcə də Aİ Sərhəd və Sahil Mühafizəsi Agentliyinin və Aİ-nin Moldovaya Sərhəd Yardım Missiyasının nümayəndələri Rusiya vətəndaşlarına qarşı bu cür nalayiq rəftarları tez-tez mobil telefonları ilə çəkirlər və videoları internetə yerləşdirirlər.


Təəssüf ki, belə vəziyyətlərdə Rusiyanın Kişinyovdakı səfirliyindən konsulluq dəstəyinin göstərilməsi imkanları ciddi şəkildə məhduddur, çünki Moldova hakimiyyət orqanları çox vaxt səfirliyin əməkdaşlarına Rusiya vətəndaşlarına çıxış imkanı vermir.


Bununla əlaqədar, Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Moldova Respublikasına səfərlər planlaşdırarkən qeyd olunan riskləri nəzərə almağı qətiyyətlə tövsiyə edir", - Rusiya XİN-in xəbərdarlığında qeyd olunub.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.