Gürcüstanın "Georgian Airways" aviaşirkətinin təyyarəsi 2019-cu ildən bəri ilk dəfə Tbilisidən Moskvaya uçub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Aviaşirkət mayın 16-da uçuşa icazə alıb. Agentliyin məlumatına görə, təyyarə 80% yüklənib.
Qeyd edək ki, mayın 19-da Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuşu həyata keçirərək Tbilisi hava limanına enib.