"Tayvanın güc idarələri hazırda Vaşinqtonla silah tədarükü ilə bağlı danışıqlar aparır".
Bunu Tayvan administrasiyasının rəhbəri Say İnqven bəyan edib.
Onun sözlərinə görə, Tayvan və ABŞ hazırda hansı silahların tədarükü ilə bağlı qərar qəbul edirlər:
"Sizin qeyd etdiyiniz xüsusi vəziyyətə gəlincə, mən bunun heç bir xüsusi olduğunu düşünmürəm. ABŞ-ın bu yardımı əsasən pandemiya və müəyyən sayda silahların tədarükünün gecikməsinə səbəb olan digər amillərlə bağlıdır".
Mayın 17-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun yaxın müddət ərzində Tayvana əhəmiyyətli yeni hərbi yardım göstərmək niyyətində olduğunu bildirib.