Prezident Salome Zurabişvili Gürcüstan Hava Yollarının xidmətlərindən istifadə etməyəcəyini bəyan edib.
“İzvestiya” nəşri bildirir ki, o bu barədə brifinqdə jurnalistlərin suallarına cavab verərkən danışıb.
“Mən özüm üçün “Georgian Airways” şirkətini boykot edirəm”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.
Dövlət başçısı həmvətənlərini onun boykotuna qoşulmağa çağırıb.
Qeyd edək ki, “Georgian Airways” aviaşirkəti 4 illik fasilədən sonra bu gün Rusiyaya birbaşa uçuşları bərpa edib. Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpası ölkədə birmənalı qarşılanmayıb, xüsusən müxalifətin etirazlarına səbəb olub.