Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya artıq 37 milyard dollardan çox olan güclü maliyyə yardımına, habelə amerikalı həmkarı Cozef Baydenin elan etdiyi 375 milyon dollar məbləğində yeni hərbi yardım paketinə görə təşəkkür edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
“Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, - Zelenski bildirib.
O, ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusən qeyd edib.
Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı, həmçinin Ukrayna sülh formulunun gerçəkləşdirilməsi məsələsini müzakirə ediblər.
Prezidentlər Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında fikir mübadiləsi aparıblar.
Volodimir Zelenski ayrıca Ukraynanın Avro-Atlantik Alyansına inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı ölkəsinin Alyansa daxil olmasından öncə Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.
**10:33
Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Xirosimada keçirilən G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşüb.
Senzor.az bildirir ki, bu barərdə CNN məlumat yayıb.
Görüşlə bağlı hələlik əlavə məlumat verilməyib.
Baydenin rəsmi nümayəndəsinin sözlərinə görə, Prezident ABŞ-ın Ukraynaya güclü və qətiyyətli dəstəyini bir daha təsdiqləməyə davam edəcək.
Qeyd edək ki, görüşdən Ukrayna lideri özü də Teleqram-da şəkil paylaşıb.