Amerika İrana hücum zamanı yeni bombadan istifadə edəcək

“GBU-57” və ya “nüfuzedici kütləvi sursat bomba”sı kimi tanınan ABŞ-ın mina məhv edən 12 tonluq bombasının şəkilləri “Whiteman” Hərbi Hava qüvvələri bazasının “Facebook səhifəsində dərc edilib”. Lakin bir gün keçməmiş həmin şəkillər silinib.


Bu barədə məlumat yayan “Associated Press” agentliyi məhz son vaxtlar ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda sözügedən bombalarla bağlı görüntülərin dərc edildiyinə diqqət çəkib.


“Bu görüntülərin dərci İran və ABŞ arasında dəniz gərginliyinin güclənməsi və Tehranın nüvə obyektlərinin tikintisində irəliləyişlərin artması ilə eyni vaxtda baş verib. “Whiteman” bazası daha əvvəl sınaqdan keçirməyi planlaşdırdığı çox güclü bombalar aldığını bildirmişdi. Bu baza sözügedən bombaları yerin dərinliklərinə nüfuz etmək gücü yüksək olan silahlar kimi qeyd edib, lakin bombaların necə və harada sınaqdan keçiriləcəyini açıqlamayıb” - məlumatda deyilir.


“Jane's Defense” İnstitutuna bağlı silah məsələləri üzrə analitik Rahul Udoşi “Associated Press”-ə müsahibəsində bu bombaların standart partlayıcı materialın nisbətən yeni materialla birləşməsi olduğunu, hədəfə atıldıqda möhkəm polad korpusunda yerə dərindən nüfuz edəcəyini və sonra partlayacağını bildirib. Lakin onun effektivliyi hələ sınaqdan keçirilməyib.


Amerika rəsmiləri bir müddət əvvəl İranın yeraltı nüvə obyektlərinin məhvini təmin etmək üçün bu tip ardıcıl iki bombanın atılması ehtimalını səsləndiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.