Putin Çinə gedəcək?
KREMLDƏN AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixləri razılaşdırılır.

 

Bunu TASS-a açıqlamasında Prezidentin sözçüsü Dmitri Peskov deyib.

 

“Etibarlı dəvət var, tarix və digər məsələlər razılaşdırılacaq”, - Kreml sözçüsü vurğulayıb.

 

Moskvaya dövlət səfəri zamanı Çin Sədri Si Cinpin deyib ki, o, Putini bu il özünə uyğun vaxt Çinə səfərə dəvət edib. O, həmçinin bu il Çində “Bir kəmər - bir yol” üçüncü beynəlxalq forumunun keçiriləcəyini vurğulayıb. Rusiya lideri bundan əvvəlki iki forumda iştirak edib.

 

“Report” xatırladır ki, “Kəmər və Yol Təşəbbüsü” (əvvəlki adı ilə “Bir kəmər – bir yol”) Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyasıdır. “Kəmər” sözü “İpək Yolu İqtisadi Kəməri”nin qısaltmasıdır.

 

Bu Çin təşəbbüsünün mahiyyəti Pekinlə mövcud regional ikitərəfli və çoxtərəfli mexanizmləri və qarşılıqlı fəaliyyət strukturlarını gücləndirməklə beynəlxalq əməkdaşlıq və inkişafın yeni modelini aramaq, formalaşdırmaq və təşviq etməkdir. Qədim İpək Yolunun ruhunun davam etdirilməsi və inkişafına əsaslanan “Bir kəmər – bir yol” regional iqtisadi tərəfdaşlıq üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, iştirakçı ölkələrin iqtisadi rifahının təşviqinə, bütün sahələrdə mədəni mübadilə və əlaqələrin gücləndirilməsinə çağırır. Çinin rəsmi məlumatlarına görə, “Bir kəmər – bir yol” Avrasiyanın əksər hissəsini əhatə edir, inkişaf etməkdə olan ölkələri, o cümlədən “yeni iqtisadiyyatları” və inkişaf etmiş ölkələri birləşdirir. Meqalayihənin ərazisində dünya əhalisinin 63 %-i yaşayır və təxmin edilən iqtisadi miqyası 21 trilyon ABŞ dollarıdır. 2022-ci ilə qədər bu təşəbbüsə 1 trilyon dollardan çox sərmayə qoyulub.

 

Bəzi müşahidəçilər və skeptiklər bunu Çin mərkəzli beynəlxalq ticarət şəbəkəsi yaratmaq planı kimi şərh edirlər. Buna cavab olaraq, ABŞ, Yaponiya və Avstraliya 2019-cu ildə “Blue Don Network” (“Mavi Nöqtə Şəbəkəsi”) əks-təşəbbüsünü, ardınca da 2021-ci ildə “G7” “Build Back Better World” (“Daha Yaxşı Dünya Yaratmaq”) təşəbbüsünü irəli sürüblər.

 

Layihənin neokolonializmin bir forması olması ilə bağlı narahatlıqlar da mövcuddur. Bəzi hökumətlər “Kəmər və Yol Təşəbbüsü”nü neokolonial olmaqda ittiham ediblər, çünki onlar Çinin təşəbbüsün infrastruktur layihələrini maliyyələşdirmək üçün borc tələsi diplomatiyası tətbiq etdiyini iddia edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.