Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşipçak Belarusda çevriliş olacağını proqnozlaşdırıb.
O bu barədə “Polsat” telekanalının efirində danışıb.
“Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu baş verəcək”, - deyə Skşipçak əminliyini ifadə edib.
O əlavə edib ki, söhbət silahlı çevrilişdən gedir. “Biz Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq”, - deyə general qeyd edib.