"Rusiyadan qeyri-strateji nüvə silahlarının Belarus ərazisinə ötürülməsinə artıq başlanılıb".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"O (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) mənə bildirdi ki, Belarusda nüvə silahının yerləşdirilməsi üzrə fəaliyyətimiz haqqında bu gün fərman imzalayıb. Söhbət konkret sənəddən gedirdi. Şifahi deyilənlərin işlənib hazırlanmasına qərar verildi. Anbar yerləri hazırlamalı idik və s. Biz bunu etdik, ona görə də artıq nüvə silahlarının yerləşdirilməsinə artıq başlanılıb”, - deyə Birinci Kanala müsahibəsində o bildirib.
“Belarusda qeyri-strateji nüvə silahları varmı” sualına isə A.Lukaşenko “Ola bilər, gəlib baxacağam” deyə cavab verib.