Cənubi Koreyada uçuş zamanı təyyarənin qapısı açılıb.
Hadisə “Asiana Airlines” şirkətinə məxsus təyyarənin Cedjudodan uçması zamanı baş verib.
Bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunur ki, eniş etməyə hazırlaşan təyyarənin təcili çıxışı qəfil açılıb.Layner təcili olaraq Cənubi Koreyanın Daequ hava limanına endirilib.
Təyyarədə olan 194 sərnişindən 9-da tənəffüs problemi yaranıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.