İranın yeni ballistik raketi ciddi təhlükə yaradır
DÖVLƏT DEPARTAMENTİ

İranın uzaqmənzilli yeni raket modelini təqdim etməsi ilə bağlı xəbərlərdən sonra ABŞ cümə axşamı İranın raket proqramını “regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid” adlandırıb.

 

Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənvi brifinqdə deyib: "İranın ballistik raketlərinin inkişafı və yayılması regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır".

 

“Biz İranın ballistik raket proqramının daha da irəliləməsinə və raket texnologiyasının digər ölkələrə yayılmasına qarşı müxtəlif vasitələrdən, o cümlədən sanksiyalardan istifadə edirik”, - o əlavə edib.

 

İrana qarşı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnaməyə zidd olaraq xaricdə raket texnologiyaları axtarmağa və ballistik raketlərin sınaqlarını keçirməyə davam edir.

 

Turan-ın “Bayden Administrasiyası İran rejimi ilə nüvə danışıqlarında hər hansı dəyişiklik edəcəkmi” sualına cavabında Miller deyib ki, İranın nüvə silahı əldə etməməsi üçün “diplomatiya ən yaxşı yoldur” və bu, Bayden Administrasiyasının prioritetidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.