Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya pilotsuz təyyarələrin tədarükünü tənqid edərək, guya daha çox Qərb silahı alacağını gözləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.
"Ukrayna prezidentinin İran İslam Respublikasına qarşı yalan bəyanatları təkrarlaması Qərb ölkələrindən mümkün qədər çox silah və maliyyə yardımı cəlb etmək məqsədi daşıyan anti-İran təbliğatı və media müharibəsinə uyğundur", - Kənani bildirib.
Kənaninin sözlərinə görə, Ukrayna bu iddiaların müstəqil araşdırılmasına icazə verməkdən imtina edir.
Qeyd edək ki, bir müddət öncə Zelenski birbaşa İran xalqına - cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib.