Almaniya Kansleri Olaf Şolts telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Öz növbəsində R.T.Ərdoğan Almaniya ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Almaniya hökumətinin mətbuat xidməti açıqlamasında qeyd edib ki, Şolts Ərdoğanı Berlinə rəsmi səfərə dəvət edib.
Şolts həmçinin Berlin və Ankara arasında, xüsusilə NATO çərçivəsində tərəfdaş kimi sıx əlaqələrin olduğunu vurğulayıb.