Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının Moskva vilayətinə hücumunu şərh edib.
Bu barədə Forbes.ru məlumat yayıb.
O, paytaxt ətrafında hava hücumundan müdafiə sisteminin qənaətbəxş işlədiyini bildirib.
“Moskvanın hava hücumundan müdafiə sistemi qənaətbəxş işləyib. Baxmayaraq ki, görüləcək işlər var... Ümumiyyətlə, paytaxtın hava hücumundan müdafiəsini möhkəmlətmək üçün nə etmək lazım olduğu aydındır və biz bunu edəcəyik”, - deyə o bildirib.
Dövlət başçısı dron hücumunu Rusiyanın iki-üç gün əvvəl Ukrayna hərbi kəşfiyyatının qərargahına vurduğu zərbəyə cavab adlandırıb.
Qeyd edək ki, bu, Putinin bu gün Moskvaya olan dron hücumu ilə bağlı ilk şərhidir.
Kreml daha əvvəl bildirmişdi ki, Putinə insidentlə bağlı məlumat verilir, lakin o, məsələ ilə bağlı xüsusi münasibət bildirməyi planlaşdırmır.