“Avropa Ukraynaya köməkdə tərəddüd edir, Rusiya isə səngər qazır” - ZELENSKİ
YENİLƏNİB

“Avropa Ukraynaya kömək barədə qərar verməkdə tərəddüd edir”.


Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısında deyib.


O bildirib ki, Avropanın tərəddüdünün davam etdiyi bir vaxtda, Rusiya hərbçiləri yeni səngərlər qazırlar.


V.Zelenski Qərbdəki müttəfiqlərini zamanın çağırışlarına cavab verməyə səsləyib.


“Rusiya hərbçiləri daha bir səngər qazır. Tərəddüdə nə qədər tez son qoysaq, bəlalardan bir o qədər effektiv xilas ola bilərik”, - dövlət başçısı bildirib.


Ukrayna liderinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Kiyevin tərəfdaşları boş dayanmırlar: “Bu, bizim təhlükəsizliyimi təmin edir”.


O, həmçinin Rusiyanın növbəti hədəfinin Moldova ola biləcəyinə eyham vurub.


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

**15:20

"Rusiya öz qonşularının ərazilərində donmuş münaqişələr yaradır".


Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada keçirilən Avropa Siyasi İcmasının Sammitində çıxışında deyib.


"30 ilə yaxındır ki, Moldova ərazisində - Dnestryanında Rusiya hərbi kontingenti var. Avropa bütün bunlara dözümlülük göstərməməlidir. Bizim qitəmizdə donmuş münaqişələrə və ya qaynar müharibələrə yer olmamalıdır", - Zelenski vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.