ABŞ Prezidenti Co Bayden Hərbi Hava Qüvvələri Akademiyasının məzun günündə tribunadan düşərkən yıxılıb.
Senzor.az bildirir ki, mərasim iştirakçıları gözlənilməz olaydan bir anlıq şok keçiriblər.
Daha sonra Bayden cangüdənləri tərəfindən qaldırılıb və yerinə qayıdaraq mərasimi sonadək izləyib.
Qeyd edək ki, bu, ABŞ liderinin yıxılması ilə bağlı ilk hal deyil, 80 yaşlı dövlət başçısı ictimaiyyət qarşısında bundan öncə də belə situasiyalarla üzləşib.