Biz Ukraynada müharibədən əvvəl Rusiya ilə gərginliyi azaltmaq üçün əlimizdən gələni etdik - müxtəlif platformalardan, birbaşa dialoqdan istifadə etdik. Ancaq diplomatik səylər Putinin fikrini dəyişdirə bilmədi.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.
“Müharibədən qısa müddət əvvəl biz BMT TŞ-də Rusiyanın mümkün hücumu barədə xəbərdarlıq etdik və bildirdik ki, Rusiya Ukraynaya hücum edəcək, buradakı hakimiyyəti devirməyə çalışacaq. Eyni zamanda, Ukraynanı müstəqil ölkə kimi xəritədən silməyə cəhd edəcək. Dedik ki, Rusiya bəhanələr gətir, Kiyevi bombalayacaq. Biz ümid edirdik ki, yanılacağıq, ancaq çox təəssüf ki, dediklərimiz, gözlədiklərimiz düz çıxdı”, - Blinken qeyd edib.(APA)