ABŞ və İsrail rəsmiləri Ağ Evdə İranı müzakirə ediblər

Son vaxtlar bəzi israilli ekspertlər müəyyən mənbələrdən aldıqları məlumatlara əsasən, Vaşinqtonun Tehranla xəlvəti danışıqlar apardığını iddia edirlər. Hətta ABŞ-nin rəsmilərindən birinin gizli şəkildə bu danışıqlarda vasitəçilik edən Omana gəldiyi də bildirilir. Bu fonda Ağ Evdə Vaşinqtonla Təl-Əvivin İranla bağlı müzakirələr aparması böyük marağa səbəb olub.


Ağ Evin bəyanatında bildirilir ki, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan, İsrailin Strateji İşlər naziri Ron Dermer və İsrailin Milli Təhlükəsizlik üzrə müşaviri Zaxi Henqbi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İranla Rusiya arasında hərbi əməkdaşlıq mövzusunda məsləhətləşmələr aparıblar.


“Ceyk Sallivan bu gün Ağ Evdə Ron Dermer və Zaxi Henqbi ilə qarşılıqlı maraq doğuran geniş spektrli qlobal və regional məsələlər haqqında danışıb. İki ölkənin rəsmiləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və onun regiondakı vasitəçilərinin təhdidləri ilə mübarizə yolları ilə bağlı koordinasiyanın artırılması üçün “ABŞ-İsrail Strateji Məsləhət qrupu”nun mart ayındakı danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar” – Ağ Evin bəyanatında deyilir.


Maraqlıdır ki, Vaşinqtonda bu görüşün keçirildiyi gün İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər cür addım atacağı barədə xəbərdarlıq edib.


"Mən İranla bağlı bütün xəbərləri görmüşəm, ona görə də həm İrana, həm də beynəlxalq ictimaiyyətə açıq mesajım var: İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcək”, - Netanyahu deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.