ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns gizli şəkildə Çinə səfər edib.
Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Qeyd olunub ki, ötən ay baş tutan səfərin məqsədi iki ölkə arasında münasibətləri nizamlamaq olub.
Məlumata görə, MKİ rəhbəri Pekində rəsmi şəxslər və ölkə kəşfiyyatının nümayəndələri ilə danışıqlar aparıb.
O da bildirilir ki, ABŞ Prezidenti Cozef Bayden MKİ-nin direktorundan həm ölkə daxilində, həm də xaricində həssas missiyaları yerinə yetirməyi xahiş edib. 2021-ci ilin noyabrında Uilyam Börns Moskvaya məhz həmin xahişdən sonra səfər edib.
Səfəri çərçivəsində o, Rusiya rəsmilərinə Ukraynaya ilə bağlı xəbərdarlıq edib.
Həmçinin vurğulanıb ki, Börns Nensi Pelosini Tayvana səfər etməməyə razı salmalı idi.