İyunun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dolmabahçe ofisində keçirilən görüş yerli vaxtla saat 14:00-da başlayıb.
Danışıqlar mətbuata qapalı keçirilib.
Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilib.
**13:57
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək.
Senzor.az bildirir ki, görüş yerli vaxtla saat 14:00-da Dolmabahçe ofisində başlayacaq və mətbuata qapalı keçiriləcək.
Tərəflər əsasən İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcəklər.