Türkiyə NATO-nun daha əvvəl tələb etdiyi xüsusi təyinatlılardan ibarət taboru Kosovoya yerləşdirməyə başlayıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 65-ci mexanikləşdirilmiş piyada briqadasının komando taboru Kosovoda yerləşdirilməyə başlanıb. Nazirlik buna səbəb kimi bölgədə vəziyyətin gərginləşməsini qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət tabor göndərəcəyi barədə məlumat yaymışdı.