Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları ölkədə mümkün çevrilişin iştirakçılarının kütləvi həbsinə başlayıb.
Senzor.az bildirir ki, bu barədə yerli “24.kg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış: “Xüsusi xidmət orqanlarının konkret kimləri saxladığı barədə məlumat verilmir. Rəsmi olaraq hüquq-mühafizə orqanları hələlik bu məlumatı şərh etməyiblər”.