Nigeriyanın şimal-qərbində azı 30 nəfər quldurlar tərəfindən öldürülüb.
AFP xəbər verir ki, iyunun 3-də 20 motosikletdən ibarət quldur dəstəsi Tanqaza rayonundan altı kəndə hücum edib.
Onların məqsədi talançılıq olub.
Yerli sakinlər hücum nəticəsində 36 nəfərin öldüyünü vurğulayıblar.
Nigeriyanın “Punch” qəzeti isə quldurların Sokoto ştatındakı altı kənddə 50 nəfəri, qonşu Zamfara ştatındakı iki kənddə isə 31 nəfəri öldürdüklərini yazıb.