Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanda ikigünlük rəsmi səfərdədir.
TASS xəbər verir ki, Lavrovun Düşənbədə Prezident Emoməli Rəhmonla görüşəcəyi, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinlə danışıqlar aparacağı, həmçinin 201-ci Rusiya hərbi bazasına baş çəkəcəyi gözlənilir.
Bundan əlavə, nazirin Rusiya-Tacikistan (Slavyan) Universitetində çıxış etməsi nəzərdə tutulub.